sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada turist avtobusu yol kənarındakı xəndəyə aşıb, yaralılar var
2025-ci il mayın 4-də səhər saatlarında Rusiya Federasiyasının Perm diyarında turist avtobusu yol kənarındakı xəndəyə düşərək aşıb.
APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Perm ərazisi üzrə Baş İdarəsinin Teleqram kanalında məlumat verilib.
Hadisə nəticəsində ilkin məlumata görə, üç nəfər xəsarət alıb. Qəza, Kostroma–Şarya–Kirov–Perm avtomobil yolunun 140-cı kilometrliyində, Şaxarovo kəndi yaxınlığında baş verib. 1981-ci il təvəllüdlü Yutong markalı avtobusun sürücüsü, idarəetməni itirərək sağ tərəfdəki xəndəyə düşüb və nəqliyyat vasitəsi aşıb .
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Oxşar xəbərlər
Rusiyada avtobus aşıb, 35 nəfər xəsarət alıb
Tailandda turistləri daşıyan avtobus aşıb, xəsarət alanlar var
Biləsuvarda avtomobil aşıb, ana və övladı xəsarət alıb
Perm diyarında yol qəzasında 4 nəfər ölüb
Laçında yük maşını aşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













