Rusiya generalının ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Rusiya generalının ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Moskalikinin terror aktı nəticəsində ölümü ilə bağlı cinayət işi çərçivəsində istintaq bu cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyənləşdirib. Onun Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin olduğu üzə çıxıb.

Şübhəli Rusiya FSB-nin əməliyyat xidmətləri tərəfindən saxlanılıb. Cinayətin baş vermə şəraiti müəyyənləşdirilir, sübutlar toplanır.

Qeyd edək ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin olması barədə məlumat yayıb. 59 yaşlı general 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutub.

Oxşar xəbərlər

Rusiyalı general və köməkçisinin qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb - YENİLƏNİB
Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb
Rusiyalı generalın qətlinə görə saxlanılanlardan biri Özbəkistan vətəndaşıdır - YENİLƏNİB
Rusiya XİN: General Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var
Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər