Kreml Putinin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif etməsi xəbərinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Kreml Putinin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif etməsi xəbərinə münasibət bildirib


Rusiya Avropa sülhməramlılarının Ukrayna ərazisində olmasına əvvəlki tək qarşıdır.

APA-nın Moskva bürosu xəbər verir ki,bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bəli, Rusiya hələ də Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsinə qarşıdır. Əslində bunlar Ukrayna ərazisində NATO-nin qüvvələri və vasitələri olacaq. Bu, elə əslində, xüsusi hərbi əməliyyatın başlanmasının ilkin səbəblərindən biri idi", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukrayna münaqişəsi ilə müxtəlif sülh təklifləri və Moskvanın hazırkı təmas xətti boyunca münaqişəni dondurmağa hazır olması ilə bağlı "Financial Times" nəşrnin məlumatına da münasibət bildirib.

O qeyd edib ki, Ukraynada nizamlanmanın müəyyən edilmiş variantları ictimaiyyətə açıqlana bilməz və onlar səssiz rejimində müzakirə edilməlidir: "Mətbuatda çoxlu müxtəlif informasiya sızmaları dolaşır. Siz başa düşürsünüz ki, müxtəlif həll variantlarının hər hansı eskizləri ictimailəşdirilə bilməz. Onlar ictimailəşən kimi effektivliyini itirir".

Putinin mətbuat katibi vurğulayıb ki, bu səbəbdən iş səssiz rejimdə aparılmalıdır: "Biz bu mövqedən çıxış edirik. Sizi bu cür informasiya sızmalarına qarşı çox diqqətli olmağa çağırırıq".

Oxşar xəbərlər

Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
FT: Putin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib
Kreml: Moskva və Vaşinqton Ukraynada sülh istiqqmətində gərgin iş aparır
Kreml Ukraynada 6 aylıq atəşkəslə bağlı məlumatlara münasibət bildirib
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle