Kreml Londonda Ukrayna ilə bağlı danışıqları şərh edib
Londonda Ukrayna ilə bağlı görüş tərəflərin bəzi məsələlərdə mövqelərini yaxınlaşdırmağa nail ola bilmədikləri üçün baş tutmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Londonda ABŞ, Avropa ölkələri və Ukrayna arasında danışıqlarda təmsilçilik səviyyəsinin aşağı salınması ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
"Anladığımız qədər, heç bir məsələdə mövqeləri hələ də yaxınlaşdırmağa nail olunmayıb", - Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya Ukrayna məsələsində ABŞ ilə təmasları davam etdirir: "Rusiya ABŞ-la təmasları davam etdirir, lakin Avropa və Ukrayna ilə dialoq yoxdur".
Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya yeni səfəri barədə danışarkən Kreml rəsmi qeyd edib ki, hələlik konkretlik yoxdur, vəziyyət axıcıdır, hər şey sürətlə dəyişir.
Oxşar xəbərlər
Rəsmi Moskva: Hazırda Moskva, Vaşinqton və Kiyevin təmaslarının təşkilində irəliləyiş yoxdur
Kreml: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq
Kreml: Putin Trampın nümayəndəsi Uitkoffla görüşəcək
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb
Kreml: Moskva və Vaşinqton Ukraynada sülh istiqqmətində gərgin iş aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













