Rusiya XİN: Fransa Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Fransa Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır



Avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır.

Sizinxeber.az-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Moskva Ermənistanla Azərbaycanarasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının şahidi olub.

“Yeri gəlmişkən, Parisin təmsilçiləri regionda topladığı informasiyanı Ermənistandakı həmkarları ilə qətiyyən bölüşmür. Çünki məqsəd bəllidir. Bu məlumatlar bilavasitə Brüsselə göndərilir. Niyə? Ona görə ki, Brüsselin postsovet məkanındakı məqsədlərini heç kim gizlətmir.

Bu, davamlı xaos, pozuculuq və zərərli fəaliyyətdir. Bundan əlavə Avropa İttifaqı və Fransanın fikirlərinin mərkəzində missiyanın fəaliyyət spektrinin genişləndirilməsi dayanır”, - XİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
Zaxarova: Regionda kommunikasiyaların açılması Simonyanın səlahiyyətində olan məsələ deyil
Rusiya XİN: Beynəlxalq təşkilatlar Parisin Durova qarşı hərəkətlərini pisləməlidir
Rusiya XİN Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılmasına münasibət bildirib: Bu, əslində, müharibə fondudur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle