Rusiyada qanunsuz miqrantların reyestrinə daxil edilən əcnəbilərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Rusiyada qanunsuz miqrantların reyestrinə daxil edilən əcnəbilərin sayı açıqlanıb


640 minə yaxın miqrant Rusiya Federasiyasında qeyri-qanuni olan xarici vətəndaşların reyestrinə daxil edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədri Mixail Mişustin bildirib.

"2025-ci ilin fevral ayından nəzarət edilən şəxslərin reyestri tətbiq edilib. Bu, Daxili İşlər Nazirliyinin Rusiyada qeyri-qanuni olan əcnəbilərin məlumat bazasıdır. Orada, mənə elə gəlir ki, bizim Daxili İşlər Nazirliyimiz də əla iş görüb - ölkədə qeyri-qanuni miqrantlar üçün məhdudiyyətlər tətbiq edilib. Bu reyesterə təxminən 664 min nəfər əcnəbi salınıb" - Rusiya hökumətinin sədri Dövlət Dumasında deputatların suallarını cavablandırarkən deyib.

O xatırladıb ki, fevral ayından Rusiya Federasiyasında qeyri-qanuni miqrantların ölkədən çıxarılması rejimi qüvvədədir: “Belə şəxslər aprelin 30-dək Rusiyada qalmalarını leqallaşdırmalı, ya da Rusiyanı tərk etməlidirlər".

Mişustin vurğulayıb ki, bu il dekabrın 1-dən Rusiya ölkəyə giriş-çıxışa nəzarəti gücləndirmək üçün eksperiment aparlır: "Əcnəbilər Moskva hava limanlarında sərhədi keçərkən biometrik məlumatları təqdim etməlidirlər ki, bu da qadağan olunmuş şəxslərin ölkəyə girişinin qarşısını almağa yönəlib. Təxminən 2 milyon insan haqqında məlumat almışıq. Şəxsi məlumatlarını dəyişən 550-dən çox insan müəyyən edilib və onların RF ərazisinə daxil olmasına icazə verilməyib", - Rusiya baş naziri yekunlaşdırıb.

Oxşar xəbərlər

Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən əcnəbilərin sayı açıqlanıb
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Rusiyada miqrantın rəqəmsal profili tətbiq ediləcək
Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle