Rusiyanın Lipetsk vilayəti Ukrayna ordusunun hücumuna məruz qalıb
Rusiyanın Lipetsk vilayəti Ukraynaya məxsus PUA-ların kütləvi hücumuna məruz qalıb.
Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı partlayıcı qurğular işə düşüb və hərbi aerodromda yanğın baş verib.
Bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir.
Əldə olunan məlumata görə Lipetsk vilayətində pilotsuz təyyarələrin hücumu zamanı 6 nəfər yaralanıb. Qubernator İqor Artamonov enerji infrastrukturu obyektinin zədələndiyini bildirib.
Bundan başqa Lipetsk rayonunun dörd yaşayış məntəqəsinin (Koptsevy Xutor, Fedorovka, Yakovlevka, Tınkovka) sakinləri təxliyə edilir, müvəqqəti yerləşdirmə mərkəzləri və nəqliyyat vasitələri hazırlanır. 400-dən çox ev təxliyə zonasındadır. Təxliyə edilmiş yaşayış məntəqələrində sakinlərin evlərini və əmlakını qorumaq üçün postlar qurulur. Girişlərdə nəzarət buraxılış məntəqələri qurulub və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Vilayətin ərazisində qırmızı həyəcan səviyyəsi ləğv olunana qədər zəruri hallar olmadan işçilərin işə cəlb edilməsi qadağan edilib.
Oxşar xəbərlər
Ukraynanın Rusiyanın Kursk vilayətinə dron hücumunda iki nəfər ölüb, xəsarət alanlar var
Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
