Narışkin: Qərb Cənubi Qafqaz ölkələrində vəziyyəti sarsıtmağa çalışır
sizinxeber.az xəbər saytı

Narışkin: Qərb Cənubi Qafqaz ölkələrində vəziyyəti sarsıtmağa çalışır


ABŞ qarşıdan gələn parlament seçkilərindən istifadə edərək Gürcüstanın daxili işlərinə qarışmaq üçün kobud və həyasız cəhdlər edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

Onun sözlərinə görə, Qərb ölkələri bloku heç cür sakitləşmir, Cənubi Qafqaz ölkələrində vəziyyəti sarsıtmağa çalışır.

"Xüsusilə, SVR-a məlumat daxil olub ki, ABŞ Dövlət Departamentinin tələbi ilə ATƏT/DTİHB artıq əvvəlcədən aralıq hesabat hazırlayıb və orada Gürcüstanda guya ədalətli və açıq seçkilər üçün heç bir şəraitin olmadığı tezisi yer alıb, hansı ki, bu, həqiqətə uyğun deyil", - SVR rəhbəri qeyd edib.

Narışkin vurğulayıb ki, Dövlət Departamentinin və ATƏT-in monitorinq strukturunun bu hərəkətinin məqsədi Gürcüstanın daxili işlərinə kifayət qədər kobud və həyasız müdaxilə cəhdidir.

“Qərb sağlam, milli yönümlü qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almağa çalışacaq. Lakin mən əminəm ki, Gürcüstan xalqı düzgün və dəqiq seçim edəcək”, - Narışkin əlavə edib.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Oxşar xəbərlər

Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycanda səfərdə olub
Rusiya kəşfiyyatının rəhbəri Pavel Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edir
Gürcü ekspert: Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
Rusiya kəşfiyyatı: ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər