Rusiyada ilk dəfə ağır cinayətlərə görə məhkum olunanlar vətəndaşlıqdan məhrum edilib
Rusiyada ilk dəfə olaraq hərbi xidmətdən yayınma ilə bağlı olmayan ağır cinayətlərə görə məhkum olunanlar vətəndaşlıqdan məhrum edilib.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburqda 10-a yaxın miqrantın Rusiya vətəndaşlığı ləğv edilib. Onlar cəzasını çəkdikdən sonra ölkədən çıxarılacaqlar.
Qəbul edilmiş Rusiya vətəndaşlığından məhrumetmə haqqında qanunun qəbulundan sonra ilk dəfə olaraq Sankt-Peterburqda on nəfərə yaxın şəxs Rusiya pasportlarını “itirib”. Onların hamısı əsasən 228-ci maddə ilə ağır cinayətlərə görə məhkum ediliblər.
Artıq rayon miqrasiya idarələrində müvafiq prosedurlar həyata keçirilib.
Qeyd edək ki, müvafiq qanun dekabrın 26-da qüvvəyə minib və müəyyən cinayətlər törətdiyinə və ya milli təhlükəsizliyə təhdid yaratdığına görə sonradan Rusiya vətəndaşlığına qəbul olunanların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Güclü külək yollarda qəza riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












