Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm
sizinxeber.az xəbər saytı

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm


Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyanla yenidən görüşməsinə münasibət bildirib.

Ermənistan mediasının xəbərinə görə, Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ailənin yenidən birləşməsi üçün səylər göstərir və belə bir imkanın yaranmasından məmnundur.

“Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm", - deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə sabiq həyat yoldaşı ilə birlikdə iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

Oxşar xəbərlər

Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir
Paşinyan: Ermənistan qonşularının suveren ərazilərini tanıyır
Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib
Paşinyan ABŞ-a səfər edəcək
Paşinyan Parisdə Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər