Putin: ABŞ-la münasibətlər İkinci Dünya müharibəsindən sonra ən aşağı səviyyədədir
Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində atom sənayesi nümayəndələri ilə görüşdə ABŞ prezidenti Donald Trampla Alyaskada baş tutan danışıqlar barədə danışıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, görüş məzmunlu keçib və tərəflər arasında təmaslar davam edir.
"ABŞ-la münasibətlərimizə gəldikdə, onlar İkinci Dünya müharibəsindən sonra ən aşağı səviyyədədir. Mən bunu dəfələrlə demişəm. Amma prezident Trampın hakimiyyətə gəlməsi ilə, düşünürəm ki, o tunelin sonunda bir işıq, hər halda, göründü", – deyə Putin vurğulayıb.
Dövlət başçısı bildirib ki, Arktikada böyük faydalı qazıntı ehtiyatları cəmlənib və əlavə edib ki, Rusiyanın "Novatek" şirkəti artıq həmin regionda, o cümlədən Alyaskada fəaliyyət göstərir. Lakin Putin başqa təfərrüat açıqlamayıb.
Onun sözlərinə görə, Moskva 15 avqustda Trampla görüşdə Ukrayna məsələsində açıq irəliləyiş olmasa da, Vaşinqtonla iqtisadi sazişlər imzalanacağına ümid bəsləyir.
Oxşar xəbərlər
Tramp: Putin və Zelenski görüşünün hazırlanmasına başlanılıb
Putin: Heç kim Ukraynanı danışıqlar prosesindən kənarda qoymur - YENİLƏNİB
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Putin Trampla görüşlə bağlı müşavirə keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













