Ermənistanın Yekaterinburqdakı konsulluğu fəaliyyətini dayandırıb
Ermənistanın Yekaterinburqdakı konsulluğu fəaliyyətini dayandırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” respublikanın “Yekaterinburqda Konsulluq” adlı "WhatsApp" kanalına istinadən yayımlayıb.
Konsulluğun fəaliyyətinin dayandırılmasından əvvəl Yekaterinburqda Ermənistanın fəxri konsulu olan Narek Spartakyan vəzifəsindən azad olunub. Buna səbəb keçmiş konsulun Ermənistan Kilsəsini dəstəkləməsi olub.
"Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib", - kanalda gedən məlumatda bildirilib.
Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb
Yekaterinburqda Ermənistanın konsulluğu bağlanıb
Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Fransa Ermənistan-Azərbaycan sərhədində Fəxri Konsulluq açıb
İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













