Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb
sizinxeber.az xəbər saytı

Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb


"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycanın nəzarətində olan iki yüz kvadrat kilometrdən çox Ermənistan torpaqları necə olacaq?"

APA xəbər verir ki, Ermənistanın baş naziri xalqa müraciətində bu suala cavab verməyə çalışıb: "İzah etmək istəyirəm ki, bəyannamə və ilkin razılaşmada hər iki tərəf 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü qəbul edib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın əraziləri keçmiş sovet respublikalarının sərhədləri ilə müəyyənləşir.

Bu məsələlər delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Burada yeni sülh məntiqi işləyir: Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərindən danışarkən biz Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini də qəbul etməliyik. Həll yalnız qarşılıqlı və ədalətli sərhədlərin müəyyən edilməsi prosesi çərçivəsində mümkündür.

Mən başa düşürəm ki, belə vurğular bəziləri üçün ağır qəbul oluna bilər. Amma məhz bu, yeni sülh məntiqidir. Biz reallığa və regiona fərqli baxmalı, yenidən qiymətləndirməliyik".

Oxşar xəbərlər

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib, konspirasiya nəzəriyyələri iflasa uğrayıb
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?
Sülh üçün yalnız bu iki məsələdə razılaşmırıq - Mirzoyan
XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər