Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib, konspirasiya nəzəriyyələri iflasa uğrayıb
sizinxeber.az xəbər saytı

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib, konspirasiya nəzəriyyələri iflasa uğrayıb


Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.

“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.

Oxşar xəbərlər

Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq
Paşinyan ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb
Nikol Paşinyan və Frank-Valter Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər