Rusiyada uşaq düşərgəsində kütləvi zəhərlənmə baş verib
Rusiyanın Başqırdıstan Respublikasında uşaq düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Sizinxeber.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə respublikanın Sterlibaşevski rayonunda baş verib. Ümumilikdə 25 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 22-si uşaqdır. Qısa müddət sonra zərərçəkənlərin doqquzu evə buraxılıb, digərləri hələ də həkim nəzarətindədir.
Zəhərlənmənin səbəbi ilə bağlı məlumat verilməyib. Hadisə prokurorluq tərəfindən araşdırılır.
Bundan əvvəl Çelyabinsk vilayətində yerləşən digər bir uşaq düşərgəsində də kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Özünü pis hiss edən 22 uşaq həkimlərə müraciət etmiş, onlardan biri xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 9 yaşlı uşaq ölüb
Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərlənib
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













