Rusiyada qatarın yük maşını ilə toqquşması nəticəsində 9 vaqon relsdən çıxıb  - FOTO
sizinxeber.az xəbər saytı

Rusiyada qatarın yük maşını ilə toqquşması nəticəsində 9 vaqon relsdən çıxıb - FOTO


Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində qatarın 9 vaqonu relsdən çıxıb.

Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Volqoqrad vilayətində qəza nəticəsində Kazan-Adler sərnişin qatarının 9 vaqonu relsdən çıxıb, bəziləri aşıb.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxıb və qatarla toqquşub.

"Kamaz" markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkətdə olan qatarın qarşısından dəmir yolu keçidinə çıxıb.

İlkin məlumata görə hadisə nəticəsində 55 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Oxşar xəbərlər

Rusiyada sərnişin qatarı relsdən çıxıb, yaralılar var
Rusiyada sərnişin qatarı relsdən çıxıb, çoxlu yaralı var - FOTO
Rusiyada sərnişin qatarının qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 140-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB
Rusiyada sərnişin qatarı relsdən çıxdı, çoxlu sayda yaralanan var - VİDEO
Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle