WSJ: "Dron müharibəsi" Ukraynada cəbhə xəttini dondurub
sizinxeber.az xəbər saytı

WSJ: "Dron müharibəsi" Ukraynada cəbhə xəttini dondurub


Ukraynada müharibədə cəbhə xətti getdikcə daha çox donmuş vəziyyətə keçir və bunun əsas səbəbi dronların sürətlə inkişaf etməsi və kütləvi şəkildə istifadəyə verilməsidir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin yazdığına görə, hazırda pilotsuz uçuş aparatları döyüş meydanında üstünlük təşkil edir və hər iki tərəfdən əsgərlərin gizləndikləri mövqeləri tərk etməsinə imkan vermir – çünki bu, dərhal məhv edilmə riski deməkdir.

Dronlar eyni zamanda döyüş sursatlarından tutmuş dərmanlara qədər yüklər daşıyır, hətta yaralı və ya həlak olmuş əsgərləri evakuasiya edə bilirlər. Lakin daha önəmlisi odur ki, onlar cəbhə boyunca istənilən hərəkəti izləyir və düşmənin canlı qüvvəsinə və texnikasına zərbələr endirmək üçün istifadə olunur.

Kəşfiyyat dronları

Müharibənin əvvəlindən etibarən Ukrayna kəşfiyyat məqsədilə fotohavadançəkiliş üçün nəzərdə tutulmuş dronlardan fəal şəkildə istifadə edib. Başlanğıcda analitik qruplar yaddaş kartlarında saxlanılan görüntüləri izləyirdilər. Daha sonra isə bu dronlar təkmilləşdirilərək görüntünü real vaxtda ötürməyə başladı və bu, artilleriyaçılara hədəfi dəqiqliklə nişan almağa imkan verdi.

Kamikadze dronlar

Nəşr qeyd edir ki, Ukrayna müharibəsinə ən böyük təsir göstərən texnologiya birinci şəxs baxışı ilə idarə olunan kamikadze dronları olub. Onlar raketlər qədər güclü partlayış yaratmasa da, dəqiqlik baxımından üstün və kütləvi istehsala görə effektivdir.

Optik-lifli dronlar

Məlumata görə, dron sahəsində bir çox innovasiyalar Ukrayna tərəfindən həyata keçirilsə də, kamikadze dronlarının ən önəmli modifikasiyalarından biri – pilotla dronu birləşdirən optik-lif kabelinin əlavə olunması – ruslar tərəfindən ilk dəfə tətbiq olunub. Bu sistem radio maneələrini keçməyə imkan verir.

Yerüstü dronlar

Hazırda dronlar cəbhəyə yemək və sudan tutmuş sursata qədər hər şeyi çatdırır və bu, əsgərlərin ən təhlükəli döyüş sahələrindən keçməsinin qarşısını alır – çünki onlar düşmən dronları tərəfindən hədəfə alına bilər.

Onu da qeyd edək ki, dron istehsalçıları həmçinin yaralı və həlak olmuş əsgərlərin evakuasiyası üçün pilotsuz avtomobillər, qayıqlar və yolsuzluq texnikaları üzərində də eksperimentlər aparırlar.

Oxşar xəbərlər

NATO Baş katibi: Rusiya-Ukrayna müharibəsində cəbhə xətti qərbə doğru genişlənir
ABŞ Dövlət Departamenti Ukraynada əsir düşən Çin əsgərləri ilə bağlı məlumatı şərh edib
Kelloq: ABŞ döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyir
Fransa Avropa sülhməramlılarını Ukraynada yerləşdirməyi təklif edib
Putin: Ukraynada müvəqqəti idarəetmənin tətbiqinin mümkünlüyü ABŞ və Avropa ölkələri ilə birlikdə müzakirə oluna bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər