Putin: Ukraynada müvəqqəti idarəetmənin tətbiqinin mümkünlüyü ABŞ və Avropa ölkələri ilə birlikdə müzakirə oluna bilər
Ukraynada müvəqqəti idarəetmənin tətbiqi mümkünlüyü BMT-nin himayəsi altında ABŞ, Avropa ölkələri və Rusiyanın tərəfdaşları ilə birlikdə müzakirə oluna bilər.
APA ”TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vlaimir Putin bildirib.
Onun sözlərinə görə, bu, demokratik seçkilərin keçirilməsinə və hakimiyyətə normal fəaliyyət göstərə bilən hökumətin gəlməsinə imkan verərdi.
“Ukraynada Prezident seçkiləri olmadığı üçün hazırda mülki hakimiyyət qeyri-qanunidir”, - Putin vurğulayıb.
Dövlət başçısı onu da bildirib ki, bütün cəbhə xətti boyunca strateji təşəbbüs tamamilə rus qoşunlarının əlindədir.
“Rusiya qoşunları LXR ərazisinin 99%-ni və DXR ərazisinin 70%-dən çoxunu azad edib və irəliləyir”, - Putin əlavə edib.
Oxşar xəbərlər
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
Putin: Rusiya yeni dünya nizamının qurulması məsələlərini müzakirə etməyə açıqdır
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













