Lavrov Almaniya Kanslerinə xəbərdarlıq edib
Almaniya Kansleri Merts nəhayət, Ukraynada diplomatik metodların tükəndiyini bəyan edərək, Almaniyanın hərbiləşdirilməsi ilə məşğul olmaq qərarına gəlib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Avropa rəhbərliyi tarixin dərslərini unudub və Avropanı yenidən Rusiya ilə müharibə üçün qaldırmağa çalışır.
Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanların tükəndiyini açıqlayıb.
Bundestaqda çıxış edən kansler əlavə edib ki, "biz burada siyasi solçu və rusiyapərəst sağçıların müqavimətinə baxmayaraq, Ukraynaya kömək etməyə davam edəcəyik. Biz bu dəstəyi davam etdirəcəyik".
Oxşar xəbərlər
Lavrov: Almaniya, Fransa və Britaniya Ukraynada sülh istəmir
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Lavrov: Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq
Merts: Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













