Rusiyada mədəndə çökmə olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Rusiyada mədəndə çökmə olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb


Rusiyanın Yakutiya vilayətinin Oymyakonski rayonundakı mədəndə təmizləmə əməliyyatları zamanı qaya uçması baş verib və nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yenilənmiş məlumata görə, hadisənin səbəblərinin müəyyən edilməsi üçün şaxtanın fəaliyyəti dayandırılıb. Yaralı dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir. Digər şəxsin meyiti tapılaraq dağıntılar altından çıxarılıb”, - məlumatda deyilir.

Oxşar xəbərlər

Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb, yaralılar var
Ukraynanın Belqoroda hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB-2
Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölüb
Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə çökmə nəticəsində üç nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər