Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
08 
May
2024
11:13

Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?

08 May, 2024
11:13
175

Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?

Bir neçə gündür sosial şəbəkələrdə Sumqayıt Polis İdarəsinin rəhbərliyinə etiraz edərək, canlı yayımda saçını qırxan və Azərbaycan qadını kimi yaşamaq istəmədiyini, bundan sonra “kişi kimi” həyatına davam edəcəyini deyən xanımın video-müraciəti paylaşılmaqdadır.

Bəs bu qadın kimdir və nə istəyir?

Müraciətində o, 16 aprel tarixindən indiyədək Sumqayıt Polis İdarəsinin rəis müavini Cavidan Əlizadə tərəfindən mobil telefonunun qanunsuz şəkildə alındığını bildirir. Ancaq onun mobil telefonunu polisin niyə aldığı barədə heç bir izahat vermir.

Polis bir şəxsin telefonunu niyə almalıdır ki!?

Qadın daha sonra bildirir ki, bir neçə yerə müraciət edib, hətta Sumqayıt polis rəisinin yanında olub: “Biri mənə deyir ki, cavan qadınsan, get həyatını yaşa; telefonunu, pulunu götür, çıx get...”

Polis ona “telefonunu götür, çıx get” deyir? Bəs, 16 apreldən telefonunu “müsadirə etdiyini” bildirmişdi? Hətta “pulunu götür get” də deyiblər. Hansı pulu? Polis “telefonunu götür, çıx get” deyirsə, bəs niyə götürməyib və qanunsuz olaraq telefonunun alınmasından danışır?

Daha sonra bir qadının şikayəti əsasında Sumqayıt Məhkəməsində 500 manat cərimə olunmasından da bəhs edir. Ondan niyə şikayət edilib? Hansı səbəblə məhz 500 manat cərimə kəsilib?

Yenə də izahat yoxdur.

Bu qədər qeyri-müəyyən, bir-birini və özünü təkzib edən video-müraciətin “ağrı” ilə, dərin “təəssüf”lə paylaşılması və sosial şəbəkələri bürüməsi sadəcə, anlaşılan deyil.

Bəs, bu xanım kimdir?

Jurnalist, Kriminal.az saytının redaktoru Anar Məmmədov qeyd edib ki, Tiktokda Miray kimi tanınan bu xanımın adı Ayseldir:

“Bir neçə il əvvəl keçmiş əri ilə münaqişəyə görə ölkə başçısına video-müraciət edərək Ermənistana keçəcəyini demişdi. Mən də “Kriminal.az” saytında həmin müraciəti işıqlandırmışdım. Bir neçə gün sonra mənə zəng edərək probleminin həll edildiyini əsas gətirərək, müraciətinin saytdan silinməsini tələb etdi, lakin rədd etdim. Sonra gedib məni Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət etdi.

Daha sonra hüquq müdafiəçisi Elçin Məmmədi həbs etdirdi. Bu gün isə növbəti dəfə şou göstərərək, Azərbaycan qadını olmaqdan imtina edir”.

Bizimlə əlaqə saxlayın