Türkiyənin bu şəhərində temperatur 33 dərəcəyə yüksəldi
sizinxeber.az xəbər saytı

Türkiyənin bu şəhərində temperatur 33 dərəcəyə yüksəldi


Türkiyənin Adana şəhərində havanın temperaturu 33 dərəcəyə yüksəlib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilin ayın bu vaxtında temperaturun bu qədər artması yerli əhalidə narahatlıq yaradıb. Sakinlər parklarda ağacların altında kölgələnib, bəziləri isə fəvvarələr ətrafında toplaşıb. Bir çoxları isə sərin yerlər taparaq ev heyvanları ilə yürüşə çıxıblar.

Adana şəhər sakini Lva Nur Akça artıq növbəti aylarda burada qalmağın təhlükəli olduğunu qeyd edib:

"Artıq yay aylarında burada qalmaq təhlükəlidir. Çünki apreldə bu qədər istidirsə, digər ayları təsəvvür edə bilmirəm. Günəşin istisi indidən adamı yandırır. Əyninə nə geyinirsən fərq etməz. Sərin hava olan yer tapan kimi oradan çıxmaq lazım deyil".

Zonquldakdan Adanaya qohumunu ziyarətə gələn Erkin Yılmaz isə bu yay adanalıları daha da yüksək temperaturlu hava şəraiti gözlədiyini vuğulayıb:

"Hərbi xidmət dövrümü Adanada keçirtmişəm. O vaxtlar da hava çox isti olurdu. Zonguldağdan Adanaya gələnə qədər əziyyət çəkdim. Hələ yay gəlməyib amma indidən hava çox istidir. Düşünürəm ki, bu yay adanalıları çox isti hava gözləyir".

BAKU.WS

Oxşar xəbərlər

Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMA
Azərbaycanda yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
Xidmət rəisi: Bu ilin ilk çərşənbə günündə Bakıda havanın temperaturu bir qədər aşağıdır
Sabah Bakıda 15 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər