Moskvadan Vaşinqtona DEMARŞ: ABŞ əlavə əraziləri zəbt etmək cəhdində ittiham olunur
6Rusiya Vaşinqtonun Dünya okeanının yeddi regionunda kontinental şelfin xarici sərhədlərini birtərəfli qaydada dəyişdirmək cəhdləri ilə əlaqədar bu ölkəyə rəsmi etiraz bəyanatı ünvanlayıb.
Sizinxeber.az “Oxu.Az”a istinadən xəbər verir ki, bəyanat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.
Sözügedən etiraz bəyanatı martın 18-dən martın 29-dək Yamaykanın paytaxtı Kinqstonda keçirilən Beynəlxalq Dəniz Dibi Təşkilatının sessiyasında da səsləndirilib.
Moskva hesab edir ki, ABŞ öz hərəkətləri ilə birtərəfli qaydada bütün dünya birliyinin yurisdiksiyasında olan dəniz dibinin sahəsini azaltmağa və öz istifadəsi üçün şelfdə əlavə ərazilər əldə etməyə çalışır.
“ABŞ-nin birtərəfli addımları beynəlxalq hüquqla müəyyən edilmiş qayda və prosedurlara uyğun gəlmir”, - Rusiya XİN-in məlumatında qeyd olunur.
Sizinxeber.azOxşar xəbərlər
İran Rusiyaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Somali HDQ komandanı: “Ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə sahibik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












