Məhkəmə Alsu və bakılı əri Yan Abramov haqqında qərar verdi
Məşhur rusiyalı müğənni Alsu və bakılı keçmiş əri, iş adamı Yan Abramov rəsmən boşanıblar.
Boşanma avqustun 27-də paytaxtın məhkəmələrindən biri tərəfindən təsdiqlənib.
Bildirilir ki, sənətçinin keçmiş əri ona təzminat olaraq 2.5 milyard rubl (təqribən 47 milyon manat) təklif etsə də, Alsu bundan imtina edib və öz tələblərini irəli sürüb. Müğənninin tələbləri isə təxminən 10 milyard rubl (təqribən 186 milyon manat) dəyərində qiymətləndirilir. Belə ki, Alsu birlikdə olduqları zaman alınan bütün mənzilləri, evləri, avtomobilləri, park yerlərini, şirkətlərdəki payları və səhmləri istəyib.
Qeyd edək ki, Alsu və Yan Abramovun üç övladı var - 17 yaşlı Safina, 16 yaşlı Mikella və 8 yaşlı Rafael.
Xatırladaq ki, müğənni və iş adamının təxminən iyirmi illik evlilikdən sonra boşanması haqqında məlumatlar may ayında yayılıb. Sənətçi ərinin xəyanətindən şübhələnib.//Oxu.az
Oxşar xəbərlər
Hüseyn Həsənovun 111 milyon borcu var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təqaüdçü lotoreyadan 170 milyon pul uddu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək pensiyaları ilə bağlı yeni xəbər! [xfgiven_updateblue][/xfgiven_updateblue]
DGK Bakıda külli miqdarda aksizsiz siqaret aşkar edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












