Dünyanın ən yaşlı sakini 117 yaşında öldü
2022-ci ildə planetin ən yaşlı insanı olan Maria Branyas Morera 117 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə mərhumun yaxınları X sosial şəbəkəsində məlumat veriblər.
“Maria Branyas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, ağrısız”, deyə sosial şəbəkədə qeyd olunub.
Amerika Gerontoloji Tədqiqat Qrupu (GRG) və Longevi Quest tərəfindən yüzillik yaşı olduğu təsdiqlənən Maria Branas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Juniewicz-in ölümündən sonra planetin ən yaşlı yaşayan insanı olmuşdu.
Qeyd edək ki, martın 4-də Maria Branas Morera 117 yaşını qeyd etdi. Qadın İspaniyanın Girona şəhərində qocalar evində yaşayırdı. İspan qadının üç övladı və 11 nəvəsi var.
Oxşar xəbərlər
Dünyanın ən uzunömürlü sakini vəfat edib
Şair Elman Tovuz vəfat etdi
Azərbaycanlı jurnalist vəfat etdi
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı - 95 yaşlı qızı ilə birlikdə qalır
Rəhilə Həsənova vəfat etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













