Qazaxıstanda məktəblilər sinif yoldaşını fahişəliyə məcbur ediblər
Qazaxıstanın Qızılorda şəhərindəki məktəblərdən birinin şagirdləri 16 yaşlı sinif yoldaşını fahişəliyə məcbur ediblər.
Bu barədə "Susma" Fondunun prezidenti Dina Tansari "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, məktəbli qız fevral ayından evdən yoxa çıxmağa başlayıb. Valideynlər hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışsalar da, imtinadan sonra uşağı təkbaşına axtarmaq qərarına gəliblər. Qız vaxtaşırı əlaqə saxlayıb və kafedə ofisiant işlədiyini bildirib.
Məlum olub ki, sinif yoldaşları qıza Astanadakı "əlaqələri" haqqında danışıb və qohumlarını öldürməklə hədələyiblər. Bundan sonra öz sinif yoldaşlarını iyrənc əməllərə məcbur ediblər.
Qız işgəncələrə məruz qalıb, ona zorla müxtəlif həblər içirdilib, boğulub, əridilmiş plastik torbalarla yandırılıb, fahişəliyə məcbur buraxılıb və qazandığı pullar ondan alınıb.
Qeyd edək ki, cinayətkarlar məktəbli qızdan böyük məbləğdə pul tələb edib, əks halda saçını qırxmaqla hədələyiblər. Qız sosial şəbəkələrdə dostundan kömək istəyib, dostu isə valideynlərə hər şeyi danışıb.
Yerli polis istintaq aparır, bir neçə şübhəli saxlanılıb.
Oxşar xəbərlər
Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha bir məktəbli qızılcadan öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 11-ci sinif şagirdinin biabırçı hərəkətinə DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













