Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb
sizinxeber.az xəbər saytı

Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb




Ötən ilin oktyabrından İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 500-ə yaxın tibb işçisi həlak olub, yüzlərlə insan yaralanıb.

İsrailin Fələstin anklavına endirdiyi zərbələr nəticəsində 130 təcili yardım maşını məhv edilib. Qəzza zolağında tibbi infrastruktura hücumlar yerli sakinləri əsas səhiyyə xidmətlərindən məhrum edib, pis su təchizatı və kanalizasiya şəraiti vaxtından əvvəl ölüm hallarının artmasına səbəb olub. Tibb müəssisələrinə və həkimlərə hücumlar 340-dan çox belə hadisənin qeydə alındığı İordan çayının qərb sahilində də baş verir.

Ötən ilin oktyabrından İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 39 790 nəfərə çatıb, 92 002 nəfər yaralanıb.

Qeyd edək ki, 7 oktyabr 2023-ci il tarixində İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.//trend

Sizinxeber.az

Oxşar xəbərlər

Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fələstin Səhiyyə Nazirliyi: Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraildəki hadisələrdə həlak olan və ya yaralanan Azərbaycan vətəndaşları barədə AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 minə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər