Paris-2024: Hakimlər serbiyalı basketbolçuların əlini sıxmaqdan imtina edib
sizinxeber.az xəbər saytı

Paris-2024: Hakimlər serbiyalı basketbolçuların əlini sıxmaqdan imtina edib




NBA-nın “Atlanta Hawks” klubunun və Serbiya millisinin oyunçusu Boqdan Boqdanoviç Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinalında ABŞ-yə qarşı matçda hakimlərin işini tənqid edib.

Bu barədə “Sport Ekspress” xəbər verib.

“Amerikalıların hakimlərdən aldıqları köməyə ehtiyacları yox idi. Mən məğlub kimi düşünmək istəmirəm. Hakimlərlə bağlı danışmaq bizə heç nə qazandırmır”, - deyə Boqdanoviç bildirib.

O, əlavə edib ki, oyundan sonra hakimlər Serbiya basketbolçularının əllərini sıxmaqdan imtina edərək meydançadan çıxıblar.

Qeyd edək ki, matç avqustun 8-də keçirilib. ABŞ komandası 95:91 hesabı ilə qalib gələrək ardıcıl beşinci dəfə Olimpiya finalına çıxıb.

BAKU.WS

Oxşar xəbərlər

Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
Paris-2024: Azərbaycan boksçusu Murad Allahverdiyev qələbə qazandı
Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finala çıxdı - YENİLƏNİB
Paris-2024: Sənan Süleymanov 1/8 finalda qələbə qazandı
İngilislər Olimpiya kəndində yeməkdən imtina etdi - “Kabablar çiy idi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər