Nobel sülh mükafatı sahibi Muhammed Yunus müvəqqəti prezident təyin olunub
Banqladeşdə Nobel sülh mükafatı sahibi Muhammed Yunus müvəqqəti prezident təyin olunub.
Sizinxeber.az TRT haber-ə istinadən xəbər verir ki, Banqladeşdə hökumət əleyhinə etirazların ardından Baş nazir Şeyx Hasinanın ölkəni tərk etməsindən sonra qurulan keçid hökumətinin başına Nobel Sülh Mükafatı sahibi Muhammed Yunus təyin edilib.
Dhaka Tribune qəzetinin məlumatına görə, Prezident Muhammed Şahabuddin ilə Tələbə Ayrımçılığına Qarşı Hərəkat rəhbərləri arasında keçirilən toplantının nəticəsində Yunusun bu vəzifəyə seçildiyi təsdiqlənib. Keçid hökumətinin digər üzvləri isə müxtəlif siyasi partiyalarla keçirilən məsləhətləşmələrin ardından müəyyən ediləcək.
Tələbə etirazları 1971-ci ildəki Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət işlərində kvota ayrılması qərarına qarşı başlamışdı. Ali Məhkəmənin kvota məhdudiyyətlərini azaltmasından sonra etirazlar sona çatmışdı, amma zorakılıq hadisələri davam etmişdi. Baş nazir Şeyx Hasinanın Hindistana getməsindən sonra keçid hökumətinin yaradılacağı açıqlanmışdı.
Qeyd edək ki, Yunus, Grameen Bankının qurucusu olaraq tanınır və 2006-cı ildən Nobel Sülh Mükafatı almışdır.
Oxşar xəbərlər
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - YENİLƏNİB
Nobel mükafatı laureatı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib
Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edə bilər
Banqladeşdə müvəqqəti hökumətə Nobel mükafatı laureatı rəhbərlik edəcək
Nobel Sülh mükafatı laureatı həbs cəzasına məhkum edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












