Nigeriyada yayılan virus 6 günə 170 can aldı - Qida və sudan keçir
Nigeriyada 15-21 iyul tarixləri arasında 170 vəba hadisəsi qeydə alınıb və epidemiyadan 3 nəfər həyatını itirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.
Belə ki, açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.
İyunun 26-da vəba epidemiyası səbəbilə "milli fövqəladə vəziyyət" elan edilən Nigeriyada ötən il 3 mindən çox vəba hadisəsinə rastlanıb və epidemiyada 100-dən çox insan həyatını itirib.
Qida və su ilə yoluxan vəba, ishala və buna görə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.
Oxşar xəbərlər
Qəbiristanlıqdan yüzlərlə yaşıl sklet tapılıb
Nigeriyada yaraqlıların hücumu nəticəsində ölənlərin sayı 100-ü ötüb
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
Nigeriyada silahlıların hücumları nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb
Türkiyə futbol klubunun vitse-prezidenti Nigeriyada xəstəliyə tutuldu: Həyatını xilas etmək mümkün olmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













