Fransada Olimpiada başlayandan bəri 70-ə yaxın kiberhücumun qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Fransada Olimpiada başlayandan bəri 70-ə yaxın kiberhücumun qarşısı alınıb




Fransanın baş naziri Qabriel Attal bildirib ki, Parisdə Olimpiya Oyunları başlayandan bəri 68 kiberhücumun qarşısı alınıb, o cümlədən ikisi birbaşa Olimpiya obyektlərinə: Bersi idman kompleksinə və La Villette parkına yönəlib.

BAKU.WS xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, bütün bu kiberhücumlar vaxtında aşkarlanıb və qarşısı alınıb. Siyasətçi bunu hökumət üzvləri ilə görüşündə deyib.

Bundan əvvəl olimpiadada israilli idmançıların məlumatlarının internetə sızdığı bildirilirdi. Sızdırılan məlumatlarda qan testinin nəticələri, müxtəlif xidmətlər üçün loqin və parollar, həmçinin hərbi xidmətlə bağlı məlumatlar var.

Mayın əvvəlində Fransa hakimiyyəti 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı və ərəfəsində kiberhücumları dəf etməyə hazır olduqlarını bəyan etmişdi. Fransa Milli Kibertəhlükəsizlik Agentliyinin rəhbəri Vinsent Strubel qeyd edib ki, kəşfiyyat xidmətləri tam hazırlıq vəziyyətindədir.

BAKU.WS

Oxşar xəbərlər

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək
Fransa 4 340 nəfərə olimpiadada iştirak etməyə qadağa qoyub
Fransada Olimpiada ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb
BOK 2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayıb
Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər