40 yaşlı kişi mədəndən 100 min dollar dəyərində almaz tapdı
Hindistanda mədəndə işləyən 40 yaşlı Racu Qauda təxminən 100 000 dollar dəyərində almaz tapıb.
Sizinxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, xeyli borcu olan işçinin tapdığı dəyərli daş 19,22 karatdır.
Bu barədə CNN məlumat yayıb.
"O, heyrətamiz dərəcədə parlayırdı. Mən dərhal bunun almaz olduğunu başa düşdüm" - deyə, 40 yaşlı Racu Qauda bildirib.
O bahalı daşı daşı hökumətə aid icarəyə götürülmüş mədəndə işləyərkən tapıb.
Bundan sonra Racu və onun kiçik qardaşı almazı səlahiyyətli orqanlara təhvil veriblər.
Qeyd edilib ki, onlar tapıntının dəyərinin çox hissəsini hərracda satıldıqdan sonra Racuya qaytaracaqlar.
Racu isə hərracdan əldə etdiyi pulla borclarından qurtulmağı, ailəsinin gələcəyini təmin etməyi və torpaq sahəsi almağı planlaşdırır.
Oxşar xəbərlər
40 yaşlı kişi mədəndən 200 min dollar dəyərində almaz tapdı
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu
Rusiyada körpəsini anasının qucağından qaçıran şəxs həbs edilib
Pedofil voleybolçu Paris Olimpiadasında səs-küyə səbəb oldu
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı - 95 yaşlı qızı ilə birlikdə qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













