Paris-2024-də maraqlı anlar - 7 aylıq hamilə qadın qılıncoynatma yarışlarında iştirak etdi
sizinxeber.az xəbər saytı

Paris-2024-də maraqlı anlar - 7 aylıq hamilə qadın qılıncoynatma yarışlarında iştirak etdi




Paris-2024 Yay Olimpiya Oyunlarında maraqlı hadisə yaşanıb. 

BAKU.WS xəbər verir ki, misirli qılıncoynadan Nada Hafez hamiləliyinin 7-ci ayında Olimpiadada iştirak edib.

Bu barədə idmançı sosial şəbəkə hesabında bildirib. "Biz üç nəfər idik! Bu, mən, rəqibim və hələ doğulmamış körpəm...! Körpəm və mən bir çox çətinliklərlə üzləşdik, həm fiziki, həm də mənəvi...

Xoşbəxtəm ki, ərimin və ailəmin etimadını bölüşə bildim" - deyə idmançı sosial şəbəkədə qeyd edib.

Məlumat üçün bildirək ki, idmançı çıxışı zamanı 1/8 final mərhələsinə yüksəlib. Hafez 7:15 hesabı ilə cənubi koreyalı rəqibi Çon Heyung-a məğlub olub.

Xatırladaq ki, iyulun 26-da start götürən Paris Olimpiya Oyunları avqustun 11-dək davam edəcək. 

BAKU.WS

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
4 rusiyalı jurnalistin Yay Olimpiya Oyunlarına akkreditasiyası ləğv edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024-də Azərbaycandan ilk hansı idmançı yarışacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın ilk təmsilçisi bu gün mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024. Anna Başta mübarizəni dayandırıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər