Rusiyada 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb
sizinxeber.az xəbər saytı

Rusiyada 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb




Rusiyada narkotik cinayətlərinə görə 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb.

Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən 500-dən çox Tacikistan vətəndaşı saxlanılıb. Bu barədə Tacikistan Prezidenti yanında Narkotiklərlə Mübarizə Agentliyinin direktoru Zəfər Səməd mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, daha 23 ölkə vətəndaşı Özbəkistanda, daha üç nəfər isə Qazaxıstanda saxlanılıb. Ümumilikdə, ilin birinci yarısında 528 Tacikistan vətəndaşı xaricdə narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayət törədib. O əlavə edib ki, saxlanılan şəxslərdən ümumilikdə 96 kq narkotik vasitə götürülüb.

 Qeyd edək ki, Tacikistanda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan əcnəbilərin sayı iki dəfə artıb. Onlardan 5-i Əfqanıstan, 3-ü Özbəkistan, 1-i Qazaxıstan, 1-i Qırğızıstan vətəndaşıdır.

Sizinxeber.az

Oxşar xəbərlər

Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər