Gürcüstan ərzaq problemi ilə üzləşə bilər
Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyası hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini uzatmağa çağırıb.
Bu barədə assosiasiyanın icraçı direktoru Levan Silagava BMG media platformasından çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə taxıl məhsuluna tələbat olmadığından satışda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpəyə müvəqqəti idxal rüsumunu tətbiq edib. Əvvəlcə bu qərar 2023-cü il noyabrın 1-nə qədər etibarlı idi. Etibarlılıq müddəti artıq iki dəfə - birincisi, cari ilin martın 1-dək, ikinci dəfə isə sentyabrın 1-dək uzadılıb.
"Assosiasiya Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi qarşısında rüsumun sentyabrın 1-dək uzadılması ilə bağlı məsələ qaldırıb. Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən vergidir ki, bu da idxal buğdasının üzən tariflərini effektiv şəkildə balanslaşdırır və zavodları rəqabət mühitinə salır", - deyə L.Silagava bildirib.
Onun sözlərinə görə, rüsum uzadılacağı təqdirdə, bu, uzunmüddətli perspektivdə, o cümlədən buğda saxlayanların işini asanlaşdıracaq ki, sentyabrdan sonra onlar dəyirmanlara tədarük məsələsinə stabil şəkildə baxa bilsinlər.
Əgər hökumət müraciətə müsbət cavab verməsə, ölkədə ərzaq qıtlığı yarana bilər.//trend
Oxşar xəbərlər
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb
İmişlidə arpa biçini yekunlaşıb
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb
Goranboyda bu il 23 min hektara yaxın sahədə taxıl biçilib
Bu ölkələrdən müraciət: Rusiyadan idxal qadağan edilsin!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













