Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi - FOTO
İsveçin paytaxtı Stokholmda Apellyasiya Məhkəməsi İranın Kərəc şəhəri yaxınlığındakı Qohərdəşt zindanında prokuror müavininin köməkçisi
vəzifəsində çalışmış Həmid Nurinin işi ilə bağlı qərarını açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, Apellyasiya Məhkəməsinin qərarına əsasən, Həmid Nurinin 1988-ci ildə iranlı siyasi məhbusların öldürülməsində iştirakına dair ittiham əsasında ömürlük həbs cəzası qüvvədə saxlanılıb.
Ömürlük həbslə yanaşı, edam edilənlərin ailələrinə və siyasi məhbuslara təzminat ödəməyə məhkum edilib.
Qeyd edək ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveçdə polis tərəfindən tələyə salınaraq Arland aeroportunda həbs olunub.
BAKU.WS
Oxşar xəbərlər
Meksika narkobaron El Çaponun oğlunu ABŞ-yə təhvil verdi
Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi
Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istəyib
İranın Azərbaycanla problemi ilə bağlı xəbərlərə ETTELAAT nazirinin reaksiyası
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













