23 il əvvəl baş verən 11 sentyabr hadisələrinin YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
sizinxeber.az xəbər saytı

23 il əvvəl baş verən 11 sentyabr hadisələrinin YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO




ABŞ-də 11 sentyabr 2001-ci ildə baş verən dəhşətli terror aktının yeni görüntüləri yayılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, video yaponiyalı fotoqraf Key Sugimoto tərəfindən çəkilib və yutubda yayımlanıb.

O görüntüləri "Sony VX2000" markalı kamera ilə Nyu-Yorkun Müqəddəs Mark küçəsindəki 64 nömrəli evin damından çəkib.

Bu video yalnız tarixi arxiv üçün nəzərdə tutulub.

Xronometrajı 6 dəqiqədən çox olan videoda Ticarət Mərkəzinin sol qülləsi, sonra sağ qülləsinin yavaş-yavaş çöküyü görüntülər yer alıb.

Xatırladaq ki, həmin gün Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırılıb.

Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğrayıb.

Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərildi. Həmin faciədə 3 mindən çox insan həlak olub.

Ölənlər arasında yalnız ABŞ vətəndaşları deyil, 92 ölkə vətəndaşı da var idi. 

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Şuşa 1976-cı il: Füsunkar şəhərin arxiv görüntüləri [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı 1970-ci il: Ecazkar şəhərdən gözoxşayan görüntülər - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Göllərin tacı”ndan heyran edən arxiv görüntüləri - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜSÜ YAYILDI - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağdakı antiterror tədbirlərinin yeni görüntüləri yayılıb (VİDEO) [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər