Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 50 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 50 nəfər saxlanılıb


Berlinin Kroytsberq rayonunda mayın 15-də keçirilən Fələstini dəstəkləyən nümayiş zamanı azı 50 nəfər saxlanılıb, 10 polis əməkdaşı xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi “X” sosial şəbəkəsində bildirib.

"Biz azı 50 nəfəri saxlamalı olduq. 10 polis əməkdaşı xəsarət alıb. Onlardan biri ciddi xəsarət alıb. O, xəstəxanaya çatdırılıb", - o qeyd edib.

Təxminən 1,1 min nəfər Kroytsberg rayonunda keçirilən nümayişdə iştirak edib. Nümayiş zamanı iğtişaşlar və şiddətli toqquşmalar baş verib. Fəallar polislərə butulkalar və daşlar atıblar.

"Bu səbəbdən aksiya iştirakçılarına qarşı güc tətbiq etmək lazım gəldi. Nəticədə nümayiş iştirakçıları da xəsarət alıblar. Onlar tərəfindən xəstəxanaya çatdırılıblar", - polis nümayəndəsi vurğulayıb.

Oxşar xəbərlər

Berlində Fələstini dəstəkləyən etirazlarda 12 polis yaralanıb
Berlində 1 May nümayişləri zamanı 70-dən çox insan saxlanılıb
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
Almaniyada partlayış baş verib, iki polis yaralanıb
Berlində aksiyada Fələstin tərəfdarı olan yüzdən çox etirazçı saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər