Starmer Britaniyanın miqrasiya siyasətinin daha sərt olacağını açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
20:30

Starmer Britaniyanın miqrasiya siyasətinin daha sərt olacağını açıqlayıb

12 may, 2025
20:30
683

Starmer Britaniyanın miqrasiya siyasətinin daha sərt olacağını açıqlayıb

Böyük Britaniyanın miqrasiya siyasəti əcnəbilərin axınını azaltmaq üçün sərtləşdiriləcək.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

“Açıq deyim, artıq hər şey bitir. Biz nəzarət edilən, seçici və ədalətli miqrasiya sistemi yaradacağıq”, - kanal onun sözlərindən sitat gətirib.

Baş nazir miqrasiya ilə bağlı “Ağ kitab” layihəsinin dərcindən əvvəl Böyük Britaniyanın miqrantlarla bağlı yeni siyasətini şərh edib. O, miqrantların sayının xeyli azalacağını vurğulasa da, gözlənilən rəqəmləri açıqlamayıb.

Böyük Britaniya hökumətinin saytında dərc olunan və “İmmiqrasiya sisteminə nəzarətin bərpası” adlı plan özündə miqrasiya axınının azaldılması üçün yeni tədbirləri ehtiva edir. “Sky News” hesab edir ki, təklif olunan tədbirlər miqrant axınını ildə təxminən 98 min nəfər azalda bilər.

Bizimlə əlaqə saxlayın