Pakistan müdafiə naziri: Hindistanla danışıqlarda üç əsas məsələni müzakirə etmək niyyətindəyik
Pakistan Hindistanla danışıqların aparılacağı təqdirdə üç əsas məsələni, o cümlədən Kəşmir problemi, transsərhəd terror və Hind çayının sularından birgə istifadəni müzakirə etməyə hazırdır.
“Report”un məlumatına görə, bu barədə Pakistanın müdafiə naziri Xavaca “Asif Geo News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu problemlər son 76 il ərzində mövcuddur.
"Pakistan terrorun böyük qurbanıdır və bu problem, eləcə də Pakistan və Hindistanın üç dəfə bir-biri ilə müharibə apardığı Kəşmir məsələsi həll edilməlidir. Bu məsələ Pakistan-Hindistan danışıqlarının gündəliyinə daxil edilməlidir", - o qeyd edib.
Müdafiə naziri həmçinin bildirib ki, mayın 10-da Hindistanla atəşkəs razılaşmasının əldə edilməsi "Pakistanın bu ölkə ilə münaqişədə təmkin və hərbi güc nümayiş etdirməsi nəticəsində qazanılmış diplomatik qələbə olub".
Oxşar xəbərlər
Xavaca Asif: Pakistan Hindistanla birbaşa danışıqlar aparmır
Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər
Pakistanın müdafiə naziri Hindistanla nüvə qarşıdurması riski barədə xəbərdarlıq edib
Pakistanın müdafiə naziri: Hindistanla müharibə yaxın iki və ya üç günə başlaya bilər
Pakistanın BMT-dəki nümayəndəsi: Hindistanla ciddi gərginlik riski var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











