Pakistan Baş naziri Rubioya ölkəsinin özünümüdafiə hüququna malik olduğunu söyləyib
sizinxeber.az xəbər saytı

Pakistan Baş naziri Rubioya ölkəsinin özünümüdafiə hüququna malik olduğunu söyləyib


Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir.

“Sizinxeber.az” “Geo TV” telekanalına istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı bildirib.

Telekanalın məlumatına görə, Pakistan hökumətinin başçısı amerikalı rəsmiyə Hindistanla münaqişənin inkişafı barədə məlumat verib. O, Hindistan ordusunun Pakistanın 31 vətəndaşının ölümü və 57 nəfərin yaralanması ilə nəticələnən raket və PUA zərbələrini pisləyib.

Şərif ölkə hakimiyyətinin və hərbi komandanlığının ölkə suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiq olduğunu bir daha təsdiqləyib.

Hökumət başçısı Pakistan xalqının Hindistanın səbəbsiz müharibə aktlarından hiddətləndiyini qeyd edərək, İslamabadın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu özündə saxladığını vurğulayıb. Bundan əlavə, Pakistan lideri ABŞ Prezidenti Donald Trampın Cənubi Asiyadakı cari vəziyyətə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

Rubio bildirib ki, ABŞ regiondakı hadisələri diqqətlə izləyir. O, həmçinin münaqişənin hər iki tərəfinin gərginliyi azaltmaq üçün əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Şahbaz Şərif: Pakistanın Hindistanın başlatdığı müharibə aktına cavab vermək hüququ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Hindistan və Pakistan liderlərini qarşıdurmadan çəkinməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dövlət katibi Pakistan və Hindistanı əməkdaşlığa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər