Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
İclasda həmçinin Nazirlər Kabinetinin üzvləri və ordunun rəhbər heyəti iştirak edir.
İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.
Daha əvvəl Ş.Şərif bildirmişdi ki, Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və cavab artıq verilib.
Xatırladaq ki, Hindistan Silahlı Qüvvələrinin Pakistanda mülki infrastruktura endirdiyi silsilə zərbələr nəticəsində ən azı 26 pakistanlı həlak olub.
Oxşar xəbərlər
Şahbaz Şərif: Pakistanın Hindistanın başlatdığı müharibə aktına cavab vermək hüququ var
Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Hindistanın zərbələri nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
