İndiyədək Rusiyaya qarşı 29 minə yaxın sanksiya tətbiq edilib
2014-cü ildən etibarən əsasən ABŞ, Kanada və İsveçrə tərəfindən Rusiyaya qarşı təxminən 29 min sanksiya tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Castellum” müstəqil analitik portalının məlumatına əsasən bildirib.
Belə ki, 2025-ci ilin aprel ayının sonuna olan vəziyyətə görə, təxminən 28 937 qeyri-ticarət sanksiyası tətbiq edilib. Bunların 92 %-i 2022-ci ilin fevral ayının sonundan tətbiq edilən sanksiyalara aiddir.
Ən çox məhdudiyyət ABŞ tərəfindən (bütün sanksiyaların 25,5 %-i və ya 7 384) tətbiq edilib. İlk üçlüyə 12,6 % payla Kanada (3 639) və 11,3 % payla İsveçrə (3 266) daxildir.
Növbəti pillələrdə təxminən 2 678 məhdudiyyət (9,3 %) tətbiq edən Norveç, artıq 17-ci sanksiya paketini hazırlayan Aİ (2 482, 8,6 %) və Avropa sanksiyalarını təkrarlayan İslandiya (2 482, 8,6 %), eləcə də Böyük Britaniya (2 078, 7,2 %) gəlir.
İlk onluğu 1 860 sanksiya (6,4 %) ilə Yeni Zelandiya, 1 598 sanksiya (5,5%) ilə Avstraliya və 1 441 sanksiya (5 %) ilə Yaponiya bağlayıb.
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib
Böyük Britaniya “Evil Corp” qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
