Husilər ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə zərbə endiriblər
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Ərəb dənizində ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə hücum edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.
“Yəmənin Silahlı Qüvvələri bir neçə pilotsuz uçuş aparatından istifadə ilə Ərəb dənizində ABŞ-nin “Carl Vinson” aviadaşıyıcısına və onu müşayiət edən hərbi gəmilərə qarşı əməliyyat keçirib”, - hərəkatın sözçüsü bildirib.
O, həmçinin iddia edib ki, ABŞ-yə məxsus F-18 qırıcı təyyarəsi bazar ertəsi Qırmızı dənizdə üsyançıların “Harry Truman” gəmisinə endirdiyi zərbə nəticəsində qəzaya uğrayıb.
Daha əvvəl CNN məlumat verib ki, husilərin hücumu nəticəsində “F/A-18E Super Hornet” döyüş təyyarəsi gəminin kəskin yayınma manevri edərkən təyyarə gəmisinin göyərtəsindən yerə çırpılıb. Hadisə nəticəsində bir ekipaj üzvü yüngül xəsarət alıb.
Oxşar xəbərlər
Husilər ABŞ-nin aviadaşıyıcılarına zərbələr endiriblər
Husilər "USS Harry Truman" aviadaşıyıcısına zərbə endiriblər
Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbə endirib
Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib
Husilər “USS Harry Truman” təyyarə gəmisi qrupuna 24 saatda üç dəfə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
