Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Paris danışıqlarında Avropa və Kiyevə Ukrayna nizamlanması ilə bağlı təkliflər siyahısını təqdim edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ-nin təşəbbüsü Kiyev və Moskva arasında danışıqların dərhal başlanmasını, həmçinin daimi atəşkəsin elan edilməsini nəzərdə tutur.
ABŞ-nin təklifində əks olunan əsas şərtlərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyindən imtina etməsidir.
“Reuters”in məlumatına görə, təklif Krımın de-yure Rusiyanın bir hissəsi kimi, Moskvanın nəzarətində olan dörd yeni regionun ərazilərinin isə de-fakto tanınması ilə bağlı bəndi ehtiva edir. Razılaşma əldə ediləcəyi təqdirdə, təkliflər Avropa və Ukrayna tərəfindən Rusiyaya qarşı sanksiya təzyiqinin tədricən zəifləməsini, həmçinin gələcəkdə sanksiyalardan tam imtina edilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi yenidən Rusiyaya gedə bilər
ABŞ Londonda Ukrayna böhranına dair yeddi bəndlik həll planını təqdim edəcək
Uitkoff: ABŞ Rusiya ilə Ukrayna danışıqlarında irəliləyir
Reuters: Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqlayıb
ABŞ-nin xüsusi nümayəndəsi Kiyevə gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













