ABŞ Yəmən Beynəlxalq Bankına qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yəmən Beynəlxalq Bankını (IBY) sanksiyalar siyahısına əlavə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu maliyyə institutundan əlavə, onunla əlaqəli üç şəxs də ABŞ Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Bloklanmış Şəxslər siyahısına əlavə olunub.
OFAC lisenziyasına əsasən, IBY və onun birbaşa və ya dolayısı ilə kapitalın 50% və ya daha çoxuna sahib olduğu strukturlarla bütün əməliyyatlar 17 may 2025-ci ilə qədər dayandırılmalıdır.
Qeyd edək ki, ABŞ Yəmənin husi-üsyançılarının “Ənsar Allah” hərəkatını mart ayında rəsmən xarici terror təşkilatı kimi tanıyıb.
Oxşar xəbərlər
ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib
ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq edib
ABŞ iki Rusiya bankını sanksiyalar siyahısına daxil edib
ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib
ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













