HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağının şimalında HƏMAS-ın "Şücaiyyə" batalyonunun sayca beşinci komandirini məhv edib.
“Report” xəbər verir ki, bu barədə IDF-in mətbuat xidmətindən bildirilib.
"Bazar günü İsrail ordusunun Şücaiyyə rayonuna hücumu nəticəsində terrorçu Məhəmməd əl-Aclah öldürülüb. "Şücaiyyə" batalyonunun ötən həftə öldürülmüş komandiri Haytam Xəlilin varisi olan Əl-Aclah müharibənin başlanğıcından bəri batalyonun məhv edilmiş beşinci komandiri və Qəzza zolağında əməliyyatların yenidən başlanmasından bəri (2025-ci ilin mart ayı) isə zərərsizləşdirilmiş üçüncü komandiridir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın yeni komandirini məhv etdi
İsrail HƏMAS-ın komandirlərini məhv edib
İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb
Keçmiş məktəb binasında gizlənən “HƏMAS” komandiri məhv edilib
İsrail HƏMAS-ın xüsusi təyinatlılarının komandirini öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













