Fransada XİN başçısına istefa təklif edilib
Fransa xarici işlər naziri Jan-Noel Barro Əlcəzairlə münasibətlərdə "alçaldıcı" böhran fonunda istefa verməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Avropa Parlamentinin deputatı və Marin Le Penin qardaşı qızı Marion Marşal bildirib.
"Fransanın Afrikada alçaldılmasından sonra Əlcəzairdəki Fransa səfirliyinin diplomatlarının ölkədən çıxarılması vəziyyəti Jan-Noel Barronun rəhbərliyi altında diplomatiyaya son zərbəni vurur. Belə bir uğursuzluqdan sonra o, istefa verməlidir", - M.Marşal yazıb.
Qeyd edək ki, daha əvvəl Əlcəzair hökuməti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Əlcəzairdəki Fransa səfirliyi və konsulluq nümayəndəliklərinin əməkdaşlarını “persona non-grata” elan edib və onların 48 saat ərzində ölkə ərazisini tərk etməsini tələb edib.
Oxşar xəbərlər
Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır
Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşını ölkədən çıxarır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
