ABŞ Məxfi Xidməti Trampı qorumaq üçün əlavə vəsait ayırmaqdan imtina edib
sizinxeber.az xəbər saytı

ABŞ Məxfi Xidməti Trampı qorumaq üçün əlavə vəsait ayırmaqdan imtina edib


Son iki ildə ABŞ Məxfi Xidmətinin rəhbərliyi keçmiş prezident Donald Trampın mühafizəsini gücləndirmək üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, keçmiş prezidenti qorumaq vəzifəsi daşıyan zabitlər Trampın iştirak etdiyi idman tədbirlərinə və digər ictimai toplantılara gələnləri yoxlamaq üçün maqnitölçənlər və əlavə personal, eləcə də digər açıq hava tədbirlərində əlavə snayperlər və mütəxəssislər komandaları tələb ediblər.

Nəşr əlavə edib ki, Məxfi Xidmət rəhbərliyi resursların çatışmazlığı adı altında tez-tez bu istəkləri təmin etməkdən imtina edib. Məqalədə təfərrüatlı şəkildə qeyd olunub ki, Trampın müşavirləri ABŞ-ın yüksək səviyyəli məmurlarının müdafiəsinə cavabdeh olan xidmətin keçmiş prezidenti qorumaq üçün yetərincə fəaliyyət göstərməməsindən narazılıqlarını ifadə ediblər.

Oxşar xəbərlər

ABŞ-da prezidentliyə namizəd təhdid edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın müşavirləri dollardan uzaqlaşan ölkələrə qarşı sanksiyaları müzakirə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton məhkəməsi Trampın keçmiş vəkilinə “ölüm cəzası” kimi cərimə kəsdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın silah lisenziyası ləğv edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər