sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək
ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Laosda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşmək niyyətindədir.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.
Blinken çinli həmkarı ilə tez-tez təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Onunla müntəzəm danışıram. Gələn həftə Laosda görüşəcəm".
“Bizim razılaşa bilmədiyimiz məsələlərlə bağlı ünsiyyəti davam etdirməyimiz vacibdir”, - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, iyulun 26-27-də Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası keçiriləcək.
Oxşar xəbərlər
Blinken çinli həmkarı ilə görüşüb
Blinken: Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər
Antoni Blinken: Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək
Blinken Türkiyəyə səfər edəcək
Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













